Növbəti köç karvanı Ağdama çatdı

27 Dünən, 15:11 cemiyyet

Növbəti köç karvanı Ağdama çatdıNövbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.

Xeberdar.net Metbuat.az-a istinadən məlumat verir ki, bu mərhələdə Xıdırlı kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 15 ailə (57 nəfər) köçürülüb.

Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.



Onlar həmçinin əraziləri işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

XƏBƏR LENTİ