Əhməd Oruc xəstəxanaya aparıldığı gün Binəqədi rayonundakı evi qarət edilib. Xeberdar.net-in məlumatına görə, hadisə barədə oğlu Abdul Oruc Lent.az-a danışıb:
“Evimiz ‘Şamaxinka’ ərazisində yerləşir. Biz xəstəxanadaykən pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumilikdə 10 min manatlıq əşyalar oğurlanıb,” – deyə Abdul Oruc bildirib.
O, əlavə edib ki, dərhal polisə məlumat veriblər:
“Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədən artıq müəyyən olunub və tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.”
Xatırladaq ki, Əhməd Oruc iki gün əvvəl ürəyində ağrılar hiss edərək Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edib və orada insult keçirib. Hazırda reanimasiyada müalicə alır.