Azərbaycana PUA ilə narkotik keçirilməsinə imkan verilməyib

13 Bu gün, 18:18 cemiyyet

Azərbaycana PUA ilə narkotik keçirilməsinə imkan verilməyib33 kiloqramdan çox narkotikin ölkəmizə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Xeberdar.net məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

Qeyd olunub ki, dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ