Paytaxtın iki rayonu müvəqqəti qazsız qalacaq

77 21-11-2025, 10:51 cemiyyet

Paytaxtın iki rayonu müvəqqəti qazsız qalacaqBakının Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Xeberdar.net-in məlumatına görə,“Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, Nizami rayonu B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar edilən sızmanın aradan qaldırılması, Binəqədi rayonunun 8-ci mikrorayonunda, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı işlər aparılacaq.

Bu səbəbdən 21 noyabr saat 11:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Qaz təchizatında fasilə olacaq ünvanlar:

Nizami rayonu:

A.Manafov küçəsi

B.Çobanzadə küçəsi

K.Balakişiyev küçəsi

Özbəkistan küçəsi

Q.Qarayev küçəsi

M.Abbasov küçəsi

M.S.Ordubadi küçəsi

Ə.Hacıyev küçəsi


Binəqədi rayonu (8-ci mikrorayon):

S.Bəhlulzadə küçəsi

Dərnəgül küçəsi
Qaz təchizatı işlərin tamamlanmasından sonra bərpa ediləcək.

XƏBƏR LENTİ