“7№-li Magistral Yolların İstismarı” MMC dövlətə olan borcunu ödəmir.
Xeberdar.net pravda.az-a istinadən məlumat verir ki, şirkətin dövlətə 186 632 AZN borcu var.
Qeyd: Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan şirkətin qanuni təmsilçisi Raqib Hüseyn oğlu Həsənovdur. O, “Asfalt Raqib” kimi tanınır. MMC-nin hüquqi ünvanı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/11-dir.
Xatırlatma: Bir müddət öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.
R.Həsənova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub. Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır. Daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı.