“Rahat” market "NARAHATA" dönüb - Məhsul əvəzinə QURD satır? - FOTO

18 Bu gün, 15:36 cemiyyet

“Rahat” market "NARAHATA" dönüb - Məhsul əvəzinə QURD satır? - FOTO“Rahat” supermarketlər şəbəkəsinin Bakıxanov filialında satılan “Fiabesco” makaronlarının içindən qurd çıxıb.

Bizimesr.az xəbər verir ki, sosial şəbəkələrdə şikayət paylaşan müştəri bildirib ki, bu, artıq eyni filialdan aldığı qurdlu olan dördüncü məhsuldur. “Artıq 4-cü dəfədi. Bakıxanov qəsəbəsindəki filialdan aldığımız “Ankara” mannısı, “Favelli” un və indi də “Fiabesco” makaronun içində qurdlar yuva salıb. Axı belə olmaz! Niyə insanı hər şeydən iyrəndirirsiniz?” – müştəri bildirib.

Xatırlatma: “ANC Group” MMC-yə məxsus "Rahat" supermarketdə bundan əvvəl də “Slavyanka Zolotoy Step” konfetlərinin içindən qurd çıxmışdı. Mağazalar şəbəkəsinin daxil olduğu “ANC Group”un qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir.
“Rahat” market "NARAHATA" dönüb - Məhsul əvəzinə QURD satır? - FOTO
“Rahat” market "NARAHATA" dönüb - Məhsul əvəzinə QURD satır? - FOTO

XƏBƏR LENTİ