Qarlı və küləkli hava şəraiti davam edir

115 14-12-2025, 12:04 cemiyyet

Qarlı və küləkli hava şəraiti davam edirKüləkli və yağıntılı hava şəraiti ölkə üzrə davam edir

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, dekabrın 14-ü səhər saatlarına olan vəziyyətə görə ölkənin bir çox bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, Belə ki, bir neçə rayonda qar yağıb. Paytaxt Bakı və Abşeron yarımadasının bəzi hissələrində isə sulu qar və qar qeydə alınıb.

Qarın hündürlüyü Altıağacda 13 sm, Lazada (Qusar) 10 sm, Xaltanda 8 sm, Şabranda 4 sm, Qubada 3 sm olub. Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ və Qubadlıda isə qar örtüyü 1 sm təşkil edib.

Yağıntının miqdarı Xaçmazda 9 mm, digər bəzi bölgələrdə — Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm səviyyəsində olub.

Eyni zamanda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin sürəti bəzi vaxtlarda Bakıda və Abşeron yarımadasında 28 m/s, Mingəçevirdə 26 m/s, Neftçalada 20 m/s, Gədəbəydə isə 16 m/s-yə qədər güclənib.

XƏBƏR LENTİ