Bakıda bu ərazi 5 saat işıqsız qalacaq

285 26-12-2025, 14:37 cemiyyet

Bakıda bu ərazi 5 saat işıqsız qalacaqBu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində saat 13:00-dan etibarən fasilə yaranıb.

Xeberdar.net məlumat verir ki, bu barədə "Azərişıq" ASC xəbər yayıb.

Bildirilib ki, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ