Bu rayonda 3000 abonentin qazı kəsiləcək - Xəbərdarlıq

51 17-01-2026, 10:32 cemiyyet

Bu rayonda 3000 abonentin qazı kəsiləcək - XəbərdarlıqŞəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsində Tovuz AQPS-nın “Tovuz Əhali” ölçü qovşağından qidalanan Aşağı Öysüzlü kəndi ərazisində PE - 250 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmanın aradan qaldırılması ilə əlaqədar bəzi ərazilərdə qaz kəsiləcək.

Xeberdar.net məlumat verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi xəbər yayıb.

Bildirilib ki, həmin qaz xəttindən qidalanan Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü kəndlərinin 19.01.2026 -cı il tarixində saat 10:00-dən işlər başa çatanadək qaz təminatı ( təqribən 3000 abonent ) daxildən dayandırılacaq.

XƏBƏR LENTİ