Paytaxtda internat məktəbinin yataqxanasında yanğın – VİDEO – YENİLƏNİB

49 22-04-2026, 10:44 cemiyyet

Paytaxtda internat məktəbinin yataqxanasında yanğın – VİDEO – YENİLƏNİBBakıda internat məktəbində yanğın baş verib
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə dərhal yanğından mühafizə və xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Yanğın üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb və qısa müddətdə söndürülərək yayılmasının qarşısı alınıb.
İlkin məlumata əsasən, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Hadisə nəticəsində dəhlizdə təxminən 5 kv.m sahədə geyim əşyaları, bir ədəd plastik pəncərə çərçivəsi və dolab yanıb, bəzi hissələrdə isə deformasiya müşahidə olunub. Binanın qalan hissəsi yanğından mühafizə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, internatda olan uşaqların və işçilərin təhlükəsizliyi tam təmin olunub, xəsarət alan yoxdur.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır./Apa/

XƏBƏR LENTİ