“Azərbaycan - İran sərhəddində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
“Son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir. Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır, işlər yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq”, - komitə sədri bildirib.