Səlim Müslümov yola salınır-Şok İDDİA

1 390 7-01-2018, 10:59 gundem

Səlim Müslümov yola salınır-Şok İDDİA
Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlər artmaqda davam edir. Artıq Səlim Müslümovun rəhbərlik etdiyi qurumun əməkdaşları da nazirlikdə baş verən özbaşınalıqlardan şikayətlənməyə başlayıb. Belə ki, bir-neçə saytda sözügedən nazirliyin əməkdaşları tərəfindən göndərilmiş məlumatlar dərc olunub. Həmin məlumatlarda birmənalı olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən mənimsəmələr və özbaşınalıqlar sərhəd tanımır… Bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəziyyət olduğu kimi qalmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Tendensiya.com-a daxil olan məlumatlar da iddia olunur ki, az qala sosial şəbəkələrdə qarğış və söyüşlə belə təhdid edilən ƏƏSMN-i Səlim Müslümov da çətin dilemma qarşısındadır.

Məlumatlarda iddia edilir ki, Səlim Müslümov vaxtilə rəhbərlik etdiyi DSMF-də ən savadlı kadrlara yer verdiyi halda, nazir postuna təyin olunduğu vaxtdan elə bil hansısa burulğana düşüb.

Qeyd edək ki, zamanında ekspertlər DSMF-nin Əmək və Əhalinin Müdafiəsi Nazirliyi ilə birləşdiriləndə bu sahədə korrupsiyanın aradan qaldırılacağına ümidlər bəsləyirdi. Amma bu etimad özünü doğrultmadı. Hətta Səlim Müslümovun rəhbərlik etdiyi sahədə özünün belə bilmədiyi maxinasiyalar hökm sürür.

Əyalət DSMF-ləri

Əyalətlərdə DSMF-lərin vətəndaşlarla rəftarı göz önündə. Hətta əlillik dərəcələrinin komputer sistemi ilə təyin olunması da effekt vermədi. Əyalətlərdə Dövlət Sosial Müdafiə Fondları hətta şəhid ailələrini belə incitməkdən çəkinmirlər. Bu barədə Tendensiya.com-a daxil olan şikayət məktubunu ayrıca qeyd edəcəyik.

Baki DSMF-ləri

Redaksiyamıza daxil olan şikayət məktublarının birində qeyd olunur ki, Bakıda fəaliyyət göstərərən DSMF-lər birbaşa Suraxanı rayon Sosial Müdafiə Fondunun rəisi Şahali Cəbiyevin tapşırıqları ilə oturub durur…

Bir müddət əvvəl mətbuatda adışəkilən idarədə boyuk yeyintilərin olduğu haqda ölkə başçısısna müraciət də olunmuşdu..

Bu o Şahali Cəbiyevdir ki, qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Aparat rəhbər Əgdər Oldur. Şahali Cəbiyev-Suraxanı rayon Sosial Müdafiə Fondunun rəisidir. Bu adam Əjdər Ol-un qardaşıdır. İddialara görə, Əjdər Cəbiyev (Ol) Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri olduğundan qardaşı meydan sulayır. Hətta bu yaxınlarda adı çəkilən idarədə hüqüu-mühafizə orqanları hansısa əməliyyat kecirdilər. Bir neşə adam cəzalansa da, lakin Şahali Cəbiyevə “gözün üstə qaşın var” deyən olmadı.

Bir müddət əvvəl ölkə prezidenti İlham Əliyevə ünvanlanan məktubda da deyilirdi ki, Fondun Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin doğma qardaşıdır və nazirlikdə bütün “qara” işlərə Əjdər Cəbiyev rəhbərlik edir. Düzdü Şahalı Cəbiyevin bir qardaşının da Amerikada olduğu barədə redaksiyamıza gələn şikayətlər sirasında olsa da, onun harda yaşamasının şəxsən bizə aidiyyatı yoxdur. Çünki adam Amerikada iş adamı da ola bilər, nə olsun ki, qardaşı Aparat rəhbəridr və ya bir qardaşı Bakı çəhərindəki bütün DSMF-lərin “qubernatorudur.”. Şikayət məktubunda o da qeyd olunur ki, Şahalı Cəbiyev nəinki Bakı şəhərində DSMF-nin bütün maliyyə axınlarına nəzarət edir, hətta aparatda kimin hara təyin olunmasını da qardaşının hesabına o müəyyənləşdirir.

Nazirlikdə “BÖYÜK BƏY” kimdir?

Yeri gəlmişkən, adıçəkilən bu nazirlikdə Aparat rəhbəri Əjdər Cəbiyev tərəfindən “xeyir-duası” verilən bütün kadrlar ona “Böyük bəy” deyə müraciət edir. Məsələn Tendensiya.com-a daxil olan şikayət məktubunda o da qeyd olunur ki, Xətai Rayon DSMF-na təzə təyin olunan yeni sədr də məhz Aparat rəhbərinin “xeyir-duasini” alib. Və o da Boyuk Bəy deyilən dəstədəndi. (Bu barədə növbəti yazımızda)

Nazirlikdə milyonlarla yeyinti – Pensiyalar niyə gecikir?

Ayın 15-də köçürülməsi nəzərdə tutulan pensiyalar 2017-ci ilin son iş günündə verilməyə başlandı. Pensiyaların gecikməsinı hamı bilirdi. Hamının bilmədiyi isə milyonlarlıa yeyintinin kimlərin ciblərinə axmasıdr. Səlim Müslümovun kadr məsləsində savadlı insanlara üstünlük verməsini redaksiya olaraq dana bilmərik. Əlbəttdə əvvlki iş yerində. Görünür, cənab Səlim Müslümovu “Böyük Bəy”lər tezlikləı yola salacaq. Çünki nazirliyin özündə milyonlarla yeyinti olduğu barədə iddialar da səsləndirlir. Məhz bayramqabağı camaatın bankomatlarda növbəyə düzülməsi də bir növ bununla əlaqələndirilir.

Araşdirmalarımız davam edir. Bizi izləyin!/http://healthplus.az/

XƏBƏR LENTİ