Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN

969 3-04-2018, 22:39 gundem

Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN
Aprel şəhidlərinin əbədiləşdirilməsi istiqamətində tədbir keçiriləcək. Uluyol.az-a məlumat verən tədbir təşkilatçılarının bildirdiyinə görə, Şəhid ailələrinin bir araya toparlanması və şəhid məqamının təbliğinə hesablanan tədbir 4 Aprel saat 16:00-da Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər Parkında baş tutacaq. Tədbirdə Aprel döyüşlərinin iştirakçıları, qazilər, şəhid ailələri, dövlət nümayəndələri və QHT-lər, ictimai fəallar, ziyalılar, məktəblilərin hazırladığı kompozisiya nümayiş olunacaq.
Xatırladaq ki, Aprel döyüşlərində xüsusi şücaət göstərmiş və şəhidlik zirvəsinə yüksələn Gizir Elimdar Səfərovun xatirəsinə tikilmiş Şəhidlər Parkında Neftçala rayonundan 1990-cı il Yanvar qırğınında həlak olanlar, I Qarabağ müharibəsində şəhid və itkinlər, Aprel döyüşlərində şəhid olan vətən oğullarının şəkilləri yer alıb.
4 aprel şəhidimiz Elimdar Səfərovun şəhadətindən iki il ötür.

Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN
Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN
Neftçalada Aprel şəhidlərinin ildönümü qeyd olunacaq- ELAN

XƏBƏR LENTİ