Nazirlik: Bakıda tozun miqdarı azaldı

900 19-04-2018, 16:35 sosial

Nazirlik: Bakıda tozun miqdarı azaldı
Bakı və Abşeron yarımadasında tozun miqdarı azalmağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.


***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bəyan edib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.


***



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlkdən Modern.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.




XƏBƏR LENTİ