Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlanıb

922 16-03-2020, 09:20 cemiyyet

Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlanıbAzərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Xeberdar.net Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinadla xəbər verir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - deyə qərargahdan bildirilib.

Xeberdar.net

XƏBƏR LENTİ