Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi

Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdiÖlkə ərazisində koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin, restoran və kafelərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Paralel olaraq səhiyyə sistemi, eləcə də bir çox həyati əhəmiyyətli sahələr fəaliyyətinə gücləndirilimiş iş rejimində davam edir.

Tibb işçilərinin mart ayında aldıqları maaşlarından müəyyən məbləğdə kəsilmələr olduğuna dair sosial şəbəkədə məlumatlar yayılıb.

Xeberdar.net oxu.az-a istinadən xəbər verir ki, həmin məlumatlarda bu faktların əsasən, Sumqayıt Şəhər Təcili Yardım, şəhərin Səhiyyə Şöbəsi, eləcə də paytaxtda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 nömrəli Uşaq Kliniki Xəstəxanasında olduğu iddia edilib.

Mövcud vəziyyətlə bağlı ən çox risk qarşısında qalaraq, vətəndaşlara xidmət edən məhz tibb işçiləri olduğundan bu məlumatlar cəmiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı oxu.az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanlayıb.

Birliyin Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva sorğuya cavab olaraq bildirib ki, mövzu ilə əlaqədar aparılan araşdırma artıq yekunlaşıb:

“TƏBİB rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb və dərhal araşdırma başladılıb. Məsələdə sözügedən tibb müəssisələri ilə danışıqlar aparılıb. Bütün rəsmi sənədlər yoxlanılıb. Rəsmi şəkildə heç bir tibb işçisinin maaşından tutulma faktı aşkar olunmayıb. Araşdırmanın yekun nəticəsi barədə də müvafiq orqanlara məlumat verilib”.
Xeberdar.net

Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi

  • 10-04-2020, 14:10
  • 357


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI