Deputatın mülkləri - siyahı

Deputatın mülkləri - siyahı78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir.

Xeberdar.net Azerbaycanrealligi.com'a istinadən xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).

2. “Relax” şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir).

3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.

4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti).

9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. "Piran broyler" şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda 2 villa.

Qeyd edək ki, İqbal Məmmədovun oğlu Türkiyə telekanallarından birinə verdiyi açıqlamada bu mülklərin onlara məxsus olmasını təsdiqləmişdi.

Məsələ ilə bağlı İqbal Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.

Deputatın mülkləri - siyahı

  • 1-07-2020, 23:29
  • 512


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI