Rus işğalının qarşısını kim alacaq?- Nəcəfalı Cahangirli yazır...

1 298 7-01-2022, 14:04 siyaset / cemiyyet / gundem

Rus işğalının qarşısını kim alacaq?- Nəcəfalı Cahangirli yazır...
Rusiya gücləndikcə dünya üçün təhlükə mənbəyinə çevrilir.Putin rus imperiyasını bərpa etmək üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. İmkanı daxilində olan ölkələrə sülhməramlı adı altında öz qoşunlarını yerləşdirir.Buna misal olaraq Suriya, Liviya,Moldova,
Gürcüstan,Ukraina,Azərbaycan indi isə Kazakstan. Görfəz bohranından sonra neftin qiyməti dünya bazarında kəskin sürətlə artdı, bu da Rusiyaya milyardlar gətirdi.Putin bu milyardları rus xalqının rifahına sosial-iqtisadi inkişafa xərcləmək əvəzinə ayrı-ayrı ölkələri öz nüfüz dairəsinə almaq üçün xərcləməyə başladı və korrupsiya yolu ilə milyardlar qazandı.2008-ci ildən başlayaraq açıq işğalçılıq siyasətinə keçdi.Əvvəlcə Abxaziya və Osetiya sonra Donetsk və Luqansk işğal edildi.Sulhməramlı adı altında Qarabağa indi isə bu adla Kazakstana qoşun yeritdi. Güclu Rusiya tarix boyu dünya üçün təhlükə olmuşdur və bu gün də təhlükə olaraq qalır. Dünya birliyi və aparıcı dövlətlər rus işğalına dur deməli və bu işğalı durdurmalıdırlar.Əks halda bu işğalların nəticələri dünya üçün çox ağır olacaqdır.Tarixdə rus işğalına iki dəfə dur deyilib və durdurulub.Artıq üçüncü dəfə dur deməyin vaxtı çoxdan çatıb.
Rus imperiyasının iki dəfə necə durdurulmasəna nəzər salaq.Napoleonla aparılan müharibələrdən qalib çıxan Rusiya geniş işğallara başladı.İlk öncə Şimalı və Cənubu Qafqaz işğal edildi.Ardınca Kazakstanda olan Kiçik,Orta və Böyük juzlar sonra Buxara, Xivə və yeni yaranmış Kokand xanlıqları zəbt edildi.Artıq onu durduracaq qüvvə görməyən Rusiya Avropanın jandarmı rolunu həyata keçirməyə baçladı.1848-ci ildə Macarıstanda burjua-demokratik inqilabını boğmaq üçün ora 150 minlik ordu yeridildi və macar inqilabı qan içində boğuldu.İştahası artan Rusiya 1853-cü ildə Osmanlıya meharibə elan etdi.Məqsəd Bosfor və Dardanel boğazlarını ələ keçirib Aralıq dənizinə sərbəst çıxış əlda etmək,Qara dənizi daxili dənizinə çevirmək. Osmanlı imperiyasını parçalamaq və yox etmək idi.Sinob buxtasındakı doyüşdə Osmanlı donanması darmadağın edildi.Müharibənin talehi demək olar ki həll edilmişdi.Məhz bu zaman Avropa dövlətləri yuxudan ayıldı.Onlar bilirdilər ki, boğazların Rusiyanın əlinə keçməsi Avropanın başı üstünü ölum təhlükəsinin alması deməkdir. Ona görə də İngiltərə və Fransa Rusiyanı durdurmaq üçün hərəkətə keçdi və Rusiyaya müharibə elan etdilər.İnilis-Fransız orduları Sevastopol ətrafında rus ordusunu darmadağın etdilər.Tarixdə bu müharibə Krım müharibəsi adlanır.1856-cı ildə imzalanmış Paris sülh müqaviləsinə görə Rusiyaya Qara dənizdə donanma salamaq və sahillərdə qalalar saxlamaq qadağan edildi.Beləliklə Avropa dövlətləri real təhlükə qarşısında qaldıqları üçün qəti hərəkət edərək Rusiyanın açıq-aşkar işğalının qarşısını aldılar
İkinci dəfə Rusiyanın durdurulması II Dünya müharibəsindən sonra təkrarlandı.Belə ki müharibədən qalib çıxan SSRİ bir sıra Avropa ölkələrini işğal edərək sosialist dövlətləri düşərgəsinə qatdı.SSRİ-ni hərbi yolla durdurmaq mümkün deyildi.1955-ci ildə sosialist ölkələrinin hərbi ittifaqı VARŞAVA MÜQAVİLƏSİ TƏŞKİLATI yaradıldı.SSRİ çar rusiyası kimi Avropanın jandarmı rolunu həyata keçirməyə başladı.1956-cı ildə macar xalqı İmre Nadın rəhbərliyi ilə milli hökumət yaratdı buna cavab olaraq Sovet tankları Budapeştə yeridildi.Tarixdə ikinci dəfə macar xalqına qanlı divan tutuldu.Dünyanın müxtəlif ölkələrinə sodialist inqilabı ixrac edilməyə başlsndı,məsələn Kubaya və Vyetnama.Artıq bıçaq sümüyə dayanmışdı,bu işğala dur deməyin vaxtı çatmışdı.Ona görə ABŞ və Avropa ölkələri rus işğalına son vermək üçün hərəkətə keçdilər.Ancaq bunu müharibə yolu ilə etmək mümkün deyildi.Ona görə də qərara aldılar ki, SSRİ-ni iqtisadi cəhətdən çökdürüb dağıtmaq lazımdır.Odur ki SSRİ-ni kosmos və silahlanmaya cəlb etdilər.Neftin qiymətini kəskin şəkildə aşağı saldılar.İqtisadiyyat köçdü.1970-ci illərdə durğunluq başladı,1980-ci illərdə dağılma başladı və 1991-ci ildə SSRİ dağıldı.
İndi isə üçüncü dəfə Rusiyanın işğal siyasətini durdurmağın vaxtı çoxdan çatıb.Çünki Ukraynanın işğalı Avropa üçün ölüm təhlükəsi yaradacaq və bunun qarşısını almaq çox çətin olacaq.Avropa ölkələri nə qədər ki gec deyil təcili tədbirlər görməlidirlər. Eləcə də Kazakstanın işğalı bütün post sovet ölkələri üçün real təhlükə yaradacaq.Rusiya post sovet ölkələrini bir çətir altında toplayaraq həmin olkələrin müstəqilliyinə həmişəlik son qoyacaq.Əgər bu baş verərsə dövlətçiliyimizi itirər yaranmaqda olan Türk dövlətləri birliyinə ƏLVİDA deməli olacağıq.
Mən dünyanın aparıcı dövlətlərini və bütün mütərəqqi dünyanı , dünya üçün təhlükə torədən rus işğalını durdurmağa çağırıraml

XƏBƏR LENTİ