AZAL niyə özü-özünü `İFŞA ETDİ`? - AKTUAL

AZAL niyə özü-özünü `İFŞA ETDİ`? - AKTUAL“AZAL bildirmək istəyir ki, quru sərhədləri hələ açılmasın və dəyən zərərin kompensasiyası üçün turistlər AZAL-dan istifadəyə üstünlük versinlər”. Teref.az xəbər verir ki, bu sözləri ölkədə koronavirusla bağlı yoluxma hallarının minimum həddə enməsinə və epidemoloji vəziyyətin yoxluğuna baxmayaraq, quru sərhədlərinin hələ də açılmamasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, quru sərhədlərinin açılmasını daha çox orta təbəqə gözləyir:

“Azərbaycandan kifayət qədər insan şəxsi avtomobili ilə Rusiyanın müxtəlif turistik şəhərlərinə, Türkiyəyə, o cümlədən qonşu Gürcüstana səyahət edirdilər. Həmin ölkələrdən də Azərbaycana gələnlərin sayı çox idi. Çünki hava yollarından fərqli olaraq quru yollarla səfərin qiyməti ucuzdur. Ölkədən gedən və ölkəyə gələn turistlərin daha çox ailə olduğunu nəzərə alsaq, ailə üzvünün sayına uyğun quru yoldan istifadə etmək daha sərfəlidir. Vətəndaşlar qənaət etdikləri vəsaiti daha çox istirahətlərinə xərcləyirdilər. İki il davam edən pandemiya dövründən sonra quru sərhədlərinin açılması olduqca vacibdir. Bu addım ölkəyə gələn və ölkədən gedən turistlərin sayına, həmçinin turizmin inkişafına müsbət təsir edəcək.

Bu gün yayılan məlumata görə, AZAL 76 milyonluq ziyanla işləyib. Baxmayaraq ki, AZAL-ın bilet qiymətləri kifayət qədər bahadır. Hesab edirəm ki, bu açıqlama psixoloji testdir. AZAL bildirmək istəyir ki, quru sərhədləri hələ açılmasın və dəyən zərərin kompensasiyası üçün turistlər AZAL-dan istifadəyə üstünlük versinlər. Bu, doğru yanaşma deyil. AZAL-ın zərərlə işləməsi vətəndaşların hesabına bərpa olunmamlıdır”.

AZAL niyə özü-özünü `İFŞA ETDİ`? - AKTUAL

  • 19-05-2022, 11:39
  • 550


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI