Ukrayna Baş Qərargahı: "Rusiyanın itkilərinin sayı 61 mini keçib"

427 6-10-2022, 10:33 dunya

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkilərinin sayı 61 mini keçib"Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 61 330 hərbçisini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada işğalçıların 330 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 449 tank, 5 064 zirehli maşın, 1 424 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1 047 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 854 avtomobil və avtoçən, 134 xüsusi texnikadan ibarətdir.

Xeberdar.net

XƏBƏR LENTİ