“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə beşinci ustad dərslərini keçdi

537 10-10-2022, 22:16 cemiyyet

“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə beşinci ustad dərslərini keçdiBu gün (10.10.2022) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində aşıq sənətinin incəliklərinə yiyələnmək istəyən 8 (səkkiz) nəfər yeniyetmə və gəncə beşinci ustad dərsləri keçirildi.
Tədbir iştirakçılarını salamlayan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Mustafayeva bildirdi ki, beşinci dərs olmasına baxmayaraq şagirdlər həvəslə saz sənətini öyrənirlər. Onların həvəslənməsinə səbəb hər birinə saz hədiyyə edilməsi, hər birinin özünə aid sazın olması, O, şagirdlərə saz hədiyyə olunmasına və layihənin dəstəklənməsinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Növbəti dərsi keçmək üçün sözü Aşıq Sevil (Xıdırova) Ədalətə verdi.
Aşıq Sevil (Xıdırova) Ədalət də öz növbəsində “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği layihəsinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Şagirdlərə tövsiyə etdi ki, Dədə Qorquddan bu yana mini illərin yadigarı olan aşıq sənətini mükəmməl öyrənmək üçün ciddi çalışmaq, yorulmadan öyrənmək, həm də orta məktəbdə yaxşı oxumaq, dilimizi, ədəbiyyatımızı mükəmməl bilmək lazımdır. Aşıq sənətinin incəlikləri o qədərdir ki, onu heç kim tam öyrənə bilmir. Onu öyrənməyə bir ömür yetmir.
Sonra növbəti dərs başlandı. Şagirdlər Gödək Donu saz havasını bütöv formada ifa etdilər. Kərəm gözəlləməsi saz havasından bir parça ifa olundu, Əsli və Kərəm dastanından bir parça şeir oxundu. Belə bax şerini əzbərləmək və keçən dərsləri təkrarlamaq şagirdlərə tapşırıldı.

Qeyd edək ki, iki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə saz sənəti haqqında zəruri biliklər veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ