Tokayev Rusiyaya səfər edib

299 28-11-2022, 10:55 dunya

Tokayev Rusiyaya səfər edibQazaxıstan Prezidenti Rusiya Prezidenti ilə danışıqlar aparacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib. AYNA xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Kasım-Jomart Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib. Noyabrın 26-da paytaxt Astanada Qazaxıstan Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib.

XƏBƏR LENTİ