Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

165 31-03-2023, 10:26 dunya

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdiYaponiya hökuməti Rusiyaya qarşı bir sıra məhsulların ixracını qadağan edən yeni sanksiyalar paketi tətbiq edib.

Xeberdar.net xəbər verir ki, bu barədə Yaponiya hökuməti bəyanat yayıb.

Məlumata görə, sanksiyalar paketində aviasiya, kosmik sənaye üçün komponentlərin, həmçinin dronların istehsalı üçün istifadə oluna bilən material və hissələrin ixracının qadağan edilməsi nəzərdə tutulub.

Yeni sanksiyalar paketi aprelin 7-dən qüvvəyə minəcək.

XƏBƏR LENTİ