Bakıda ağır yol qəzası olub - Ölən və xəsarət alanlar var

269 30-04-2023, 22:43 hadise

Bakıda ağır yol qəzası olub - Ölən və xəsarət alanlar varBakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

“Report”un məlumatına görə, "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, "VAZ-2107" zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, sərnişin ölüb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza zamanı "Mercedes"də olanlar xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.

Yaralılar 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

XƏBƏR LENTİ