Rza Rzayev hələ həbsdədir: məhkəməni gözləyir

49 27-09-2023, 12:41 cemiyyet

Rza Rzayev hələ həbsdədir: məhkəməni gözləyirRza Rzayevlə ötən həftə görüşmüşəm, vəziyyəti yaxşıdır.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış aktyor və rejissorun vəkili Səlahəddin Cəfərov Rza Rzayevin həbsi haqda danışarkən deyib.

“R.Rzayev özü də prosesi izləyir və oktyabrın 25-də Ali Məhkəmənin Cinayət Kollegiyasında baş tutacaq məhkəməni gözləyir. Hazırda bir yenilik yoxdur”, - Cəfərov bildirib.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.

XƏBƏR LENTİ