Azərbaycan xarici ölkələrdən müasir döyüş texnikası və silahlar alıb – HESABAT

Azərbaycan xarici ölkələrdən müasir döyüş texnikası və silahlar alıb – HESABAT
Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib.

“Report”un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki vasitələrin alınması istiqamətində işlər davam etdirilir.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Azərbaycan xarici ölkələrdən müasir döyüş texnikası və silahlar alıb – HESABAT

  • 5-03-2018, 16:41
  • 449


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI