ABŞ-da 29 yaşlı azərbaycanlı gənc güllələndi

680 15-01-2019, 11:38 kriminal

ABŞ-da 29 yaşlı azərbaycanlı gənc güllələndi
Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib. Xeberdar.net məlumatına görə, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu özünün fysbuk səhivəsində yazıb:
“ABŞ-dan üzücü xəbər paylaşıram. Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib. Yaralı xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb.
Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.
Allah rəhmət etsin, əzizlərinə səbr versin."
Ətraflı məlumat bu linkdə təqdim olunub:
http://www.fox46charlotte.com/news/local-news/1-dead-after-shooting-in-east-charlotte?fbclid=IwAR02-M5dAuXzDHABZrNQRHzrVwzbsdCgmlWHQHk66GPjuWJWTzjAFsjdIRs

XƏBƏR LENTİ