Abbas Bağırov köməkçisini həbs etdirdi

648 23-01-2019, 17:54 kriminal

Abbas Bağırov köməkçisini həbs etdirdiTanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür. Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.

XƏBƏR LENTİ