ABŞ dövlət katibi Avropaya səfərini yarımçıq qoyub, geri qayıtdı –Şimali Koreya və İranla bağlı müzakirələrə görə

ABŞ dövlət katibi Avropaya səfərini yarımçıq qoyub, geri qayıtdı –Şimali Koreya və İranla bağlı müzakirələrə görəABŞ dövlət katibi Avropa səfərini yarımçıq qoyaraq, Amerikaya qayıdıb. Mayk Pompeo Vaşinqtonda Şimali Koreya və İranla bağlı müzakirələrdə iştirak etməlidir.

Xeberdar.net “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, Pompeonun planını dəyişməsinə ilk əvvəl çərşənbə günü prezident Trampın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi olmuşdu.

ABŞ İranın metallurgiyasına sanksiyalar irəli sürüb. İrana qarşı yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə həm İranın metal istehsalçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

Bundan sonra, cümə axşamı günü Şimali Koreyanın iki raketi sınaqdan keçirdiyini bəyan etməsi səfərin yarımçıq qoyulmasını qətiləşdirmişdi.

ABŞ dövlət katibi Qrenlandiyaya getməkdənsə, Vaşinqtona qayıtmalı olub.

Cənubi Koreyanın birgə qərargahlar rəisinin açıqladığı bəyanatda bildirildiyinə görə, raketlərdən biri 420 kilometr, digəri isə 270 kilometr məsafə qət edib. Bəyanatda həmçinin raketlərin ölkənin şimal-qərbindəki Sino-ri şəhərindən şərq istimaqətinə atıldığı qeyd edilib.

ABŞ dövlət katibi Avropaya səfərini yarımçıq qoyub, geri qayıtdı –Şimali Koreya və İranla bağlı müzakirələrə görə

  • 10-05-2019, 13:40
  • 45


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  6. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI