Yevlax sakini münaqişə zəminində güllələnib

732 30-05-2019, 10:16 kriminal

Yevlax sakini münaqişə zəminində güllələnibYevlaxda silahlı insident olub.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə gecə Əcəmi kəndi ərazisində baş verib.

Belə ki, ilkin məlumata əsasən, münaqişə zəmnində 1988-ci il təvəllüdlü rayon sakini Qurbanov Cəmil Tapdıq oğlu silahdan açılan atəşlə ağır bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin yardım göstərildikdən sonra durumunun ağırlığı nəzərə alınaraq paytaxt xəstəxanalarından birinə göndərilib. Hadisənin hansı zəmində baş verdiyi tam məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ