“ƏKİZ QÜLLƏLƏR”ə HÜCUMLA BAŞLAYAN, KORONAVİRUSLA BİTƏCƏK SAVAŞ:son raundun qalibi kim olacaq - dövlətlər, yoxsa zəngin ailələr? - ARAŞDIRMA

1 603 5-04-2020, 09:48 maraqli

“ƏKİZ QÜLLƏLƏR”ə HÜCUMLA BAŞLAYAN, KORONAVİRUSLA BİTƏCƏK SAVAŞ:son raundun qalibi kim olacaq - dövlətlər, yoxsa zəngin ailələr? - ARAŞDIRMAƏrgün Dilər

“Takvim”, Türkiyə, 04 aprel 2020-ci il



ABŞ Mərkəzi Bankının rəhbəri olmuş Alan Qrinspen zamanındakı durumu “Əsrin böhranı” olaraq səciyyələndirmişdi. Daha sonra eyni vəzifəni tutacaq Ben Bernanke isə həmin durumu “Dünya tarixinin ən pis maliyyə böhranı” adlandırmışdı.

Bu iki önəmli şəxs bunları “Lehman Brothers”-in iflası haqqında deyirdilər.

Bavariyalı Henri Leman və ailəsinin qurduğu bu investisiya bankı 150 illik bir div idi. Necə böhranlardan çıxmışdı və ayaqda qala bilmişdi. Ancaq 15 sentyabr 2008-ci ildə dövlətin yardım etməməsi nəticəsində batıb getmişdi. Geridə, təqribən, 700 milyard borc buraxmışdı. Sonra böhran bütün dünyaya yayılmışdı.

“Mortgage” böhranı deyilən şey necə oldu ki, Yaponiyanı, Çini, Uzaq Şərqi vururdu? Çünki öhdəlikləri satın alınır və satılırdı. “Lehman Brothers” böhranı ABŞ-ın böhranı kimi görünsə də, işin əsli elə deyildi. Dünyanın müxtəlif yerlərində milyonlarla insan işsiz qalır, intiharlar yaşanırdı. Bir çox iqtisadçı buna “Böyük böhran”dan sonrakı ən böyük çöküş deyirdi. Halbuki bu, 2001-ci ilin “Əkiz qüllə” hücumu ilə üzə çıxan dövlət-ailə mabarizəsi idi. Amerika “dərin dövlət”i puldan istifadə edərək güc əldə edən və dünyanı dizayn etməyə çalışan ailələrə qarşı savaş başladırdı. FES-i idarə etmiş və idarə edəcək iki şəxs, yəni, Qrinspen və Bernanke baş verənlərə “Əsrin böhranı” deyirdi. Bu günü öncədən görə bilmədikləri üçün bu, təbii idi.

Səbəbi nə olursa olsun, eyni savaş indi koronavirus vasitəsilə aparılır. İnfeksiyanın insani, tibbi tərəfləri, virusun özəl xüsusiyyətləri haqqında onsuz da çox yazırlar. Mən bu işin arxasındakı pul, güc mübarizəsilə maraqlanıram.

Koronavirus son çarə idimi? Deyəsən, bəli. “Ərəb baharı” dünyanı idarə edən ailələrə qarşı ilk qiyam, böyük planın ilk addımı idi. Ardınca gələn “Wall Street-i işğal et” hərəkatı da ikinci və çox güclü bir addım, dünyanı idarə edən elitalara qarşı qiyam idi. Bunu özlərini yandırmadan edirdilər. Bu dalğa İspaniyadan İtaliyayadək bir çox ölkəyə də gedib çatdı. Xatırlayırsınızsa, 40 ölkədə pula qarşı hərəkatlar başlamış, küçələr qızışmışdı. İddialar görə, bu hərəkatların bir çoxunun arxasında Soros, yəni pulun ağaları ilə birlikdə böyüyən, sonra isə yolunu onlardan ayıran pul sehrbazı dayanırdı. Sorosun arxasında da Pentaqon dururdu.

2015-ci ildə Türkiyədə, İstanbuldakı ABŞ konsulluğunun yaxınlığındakı bir villada keçirilən toplantıda iki amerikan generalı bəzi türk iş adamlarının həbs edilməsini istəyirdi. Biz bunu bilmirdik, eşitmirdik, amma önəmli türk iş adamlarının həbs edilməsi tələb edilirdi.

Həmin generallar 2018-ci ildə Parisdə bir malikanədə görüşür və 3 fransız iş adamının həbs edilməsinin şərt olduğunu söyləyirdilər. Bu, “Sarı jiletlilər”lə başlayan qiyamdan sonra tələb edilirdi. Yəni, generallar “Küçələr qarışsın, ardınca cavabdeh şəxslər olaraq 3 iş adamı göstərilsin və həbs edilsin” deyirdilər.

Sizə qəribə gələcək, lakin həmin generallar İdlibdə də ortaya çıxırdılar.

İranın xalq qəhrəmanı kimi baxdığı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsd zamanı da eyni şəxslər səhnəyə çıxırdılar…

Ancaq küçə etirazları dünyanı idarə edən ailələri bitirmirdi. Çünki onlar da adi adamlar deyildilər. Ağıldan istifadə etməyi çox yaxşı bilirdilər. Küçə etirazlarını özlərinin lehinə çevirməyi bacarırdılar.

Bu gün yaşanan koronavirus infeksiyası da küçə etirazları ilə nəticə ala bilməyən “dərin Amerika”nın ən böyük kozırıdır. Ancaq işlərin, hələ ki, tam olaraq istənilən kimi getdiyindən əmin deyiləm. Çünki hələ irəlidə baş verməli olan hadislər var…

Amerikada işin başında Donald Tramp dayanır, hədəfi də 2-ci dəfə seçilməkdir. Əməliyyatın keçirildiyini görən ailələr də əks-əməliyyata start veribilər. Bir çox zəngin ailə Trampa qarşı cəbhə yaradıb. ABŞ-da 8 iş günündə işdən çıxarılan və işsizlik maaşı üçün müraciət edən amerikanların sayı 9 milyon olub. Bu rəqəmin 1 ay ərzində 40 milyona, yəni səsvermə hüququ olan 40 milyon amerikalıya çatacağı təxmin edilir. Ailələr də nəzərə alınarsa, işlərin elə də yaxşı getmədiyi anlaşılar. Rəqəmlər belə artmağa davam edərsə, Tramp nəinki prezident, heç namizəd belə ola bilməz.

Bu, indiyədək olan güc balansından ortaya çıxan nəticədir. Bu nöqtədən sonra “dərin Amerika” və Tramp necə bir addım atacaq? Ola bilməz ki, “dərin Amerika” hər kəsin işini, çörəyini itirdiyi bir vaxtda seçkidə qalib gələ bilməyəcəyini bilməsin. Bu, mümkündürmü? Deyil.

Vaşinqtondakı bəzi şəxslər yaranmış durum haqqında “Sürpriz və təsirli addıma az qalıb” şərhlərini verirlər. ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Larri Kudlou Trampa bunu deyib: ”Zənginləri iflas etdirməlisən, əks halda, bir daha Ağ Evi ancaq yuxunda görəcəksən”.

Kudlou çox açıq şəkildə zənginləri “həbs et” deyir. Bu, əlbəttə, asan deyil. Ancaq Tramp ABŞ tarixində tayı-bərabəri olmayan bir liderdir. Yəni, bunu edə bilər. Məsələn, “Koronavirusun təsirlərini o iş adamları böyüdüb” deyə və federallara (FTB nəzərdə tutulur – tərc.) “həbs edin” əmrini verə bilər. Bu, heç də uzaq bir ehtimal deyildir.

Larri Kudlou 6 trilyon dollarlıq “Korona paketi” də açıqlayıb. Bu, ABŞ tarixinin ən böyük yardım paketidir.

Koronavirusun dünyanı xəyalət planetə çevirəcəyini söyləsəydilər, buna kimsə inanardımı? İnanmazdı. Ancaq dünyamız bu gün xəyalət planetə çevrilib. Hər səhər ayıldıqda necə bir dünya görəcəyimizi bilmirik. Virusun təsirləri, əlbəttə, ABŞ-da da hiss edilcəkdi. Ancaq gözlənti bu qədər deyildi. ABŞ-ın orta bölgələrinin virusla ağır zərbə alacağı gözlənilirdi. Ancaq virus pulun mərkəzi olan Şərqi Amerikanı vurdu. Orta Amerikada virusun təsiri, demək olar ki, hiss edilmir. Yəni, qarşılıqlı həmlələrin edildiyini görürük.

2001-ci ildə “Əkiz qüllələr”ə hücumla başlayan, 2010-cu ildə “Ərəb baharı” ilə davam edən proses indi koronavirusla tamamlanacaq. Koronavirusun təsiri keçdikdən sonra necə filmlər çəkiləcək, necə kitablar yazılacaq… Bəlkə də bir çox şeyə yeni format gələcək. Məncə, bunların başında Avropa Biliyi (AB) və Çin gəlir. Əlbəttə, ABŞ da əvvəlki ABŞ olmayacaq. Əgər “dərin Amerika” və Tramp qalib gələcəksə, AB və Çinə nəzarət etmək üçün həm qərbdən, həm də şərqdən məngənəyə alma planı işə salınacaq.

Rusiyanın 1,5 milyardlıq Çinə qarşı durmaq, özünü təhlükəsizlikdə hiss etmək üçün ABŞ-ın yanında yer alması təəccüblü olarmı? Olmaz.

Bu, milli dövlətlərin pulu əlində tutan, lakin vətəni olmayanlarla toqquşmasıdır. Bir qrup “Pul bizdə, hər kəs sülh içində yaşayacaq. Sərhədlər ortadan qalxacaq” deyir. Digər qrup isə “Əsas olan dövlətdir. Bunu sizə göstərəcəyik” deyir.

Sadəcə Amerikanı izləmək yetərlidir. Orada nə olacağı dünyanın yerdə qalanı üçün maraqlıdır. Bir müddət öncə Tramp, FES-in rəhbəri Pauelli hədəf alaraq, bunları söylədi: “Yenə uğursuz oldu… Nə cəsarət, nə sağlam düşüncə, nə də dünyagörüş sahibidir. Bərbad ünsiyyətçidir…”

Əsil mübarizə budur. Yerdə qalanları isə ölənlər, ocağı sönənlər, həyatda qalmağa çalışanlar, sağlamlığını və gələcəyini itirənlərdir… Zirvədə gedən mübarizə ilə bizim yaşadıqlarımız arasında ən kiçik bənzərlik belə yoxdur. Təəssüf ki, belədir. Gedən savaşın adı “dollar”, yəni “pul”dur.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ