"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA

2 320 20-06-2020, 12:32 siyaset / cemiyyet / gundem

"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
Hansısa dövlət məmuruna arxalanan tikinti şirkətlərinin insanları nüxtəlif yollarla aldadaraq eyni mənzili bir neçə nəfərə satması, tikinti apararkən əmlaklarını müxtəlif yollarla ələ keçirməsi, ələ keçirdikləri mülklərə kompensasiya ödəməməsi, yaşıllıqları məhv etmləri, insanların rahatlığını pozmaları, vətəndaşlara qarışı qanunsuz hərəkətləri və zorakılıqları ilə bağlı aramsız olaraq mətbuatda yazılar, araşdırmalar, şikayətlər dərc olunur. Fırıldaq əməllərinə görə hətta mühakimə olaraq həbsə göndərilən şirkətlər də olub. Ölkə başçısının da dəfələrlə məsələyə sərt münasibəti olub. Buna baxmayaraq hələ də qanunsuz əməllərlə vətəndaşların mülklərinə göz dikən, aldadtmağa çalışan şirkətlərin mövcudluğu davam edir.

Birinci qrup əlil, məcburi köçkünün Bakı şəhəri Nizami rayonu Babək prospekti 87 ünvanında yerləşən binanın həyətindəki yüngül konstruksiyalı anbarı "Yusifoğlu" MMC tərəfindən zorakı üsullsrla əlindən alınır. Bu barədə xeberdar.net-ə birinci qrup əlil, məcburi köçkün Abbasova Esmira Vahid qızı məlumat verib.


"2013-cü ildə yuxarıda göstərilən ünvandakı obyektin qeydiyyata alınması ilə bağlı Bakı şəhər Nizami Bələdiyyəsinə müraciət etmişik. Bələdiyyə tərəfindən bizim adımıza qeydiyyata alınıb və bələdiyyə ödənişinə cəlb edilib. Bu günə qədər qanunveriliciyi pozmadan vaxtı-vaxtında lazım olan ödənişlər edilib, sənədləşmələr aparılıb. Lakin bir neçə ildir burada tikindi aparan "Yusifoğlu" MMC qanunsuz yolarla obyekti bizim əlimizdən almağa çalışır."-məcburi köçkün deyib.

Esmira xanım bildirib ki, şirkət obyekti onlara satmağı təklif edib. Lakin bundan imtina edilib. Buna qanunvericilik də yol vermir. Elə həngamə də bundan sonra qopub. Adı çəkilən MMC obyekti onun əlindən almaq üçün zorakı və qeyri qanuni yollara əl atmağa başlayıb. Şirkət sahibinin Cavid adlı oğlu konstruksiyalı anbarı əllərindən almaq üçün ona və ailəsinə qarşı qoçuluq edir. Onlara müxtəlif yollarla hədə-qorxu gəlinir. Ailə üzvlərindən birinin şərləyərək tutdurması ilə hədləyir.

E. Abbasova deyib: " Onlar məmurlara, pullarına arxalanırlar. Biz məcburi köçkün olaraq dədə-baba yurdumuzdan didərgin düşmüşük. Dövlətimizə, dölətimizin qanunlarına, Prezidentimizə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya arxalanırıq. Onlar hər zaman məcburi köçkünlərin qarxa-dayağı olublar. Artıq bizə olan təzyiq və qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara və Mehriban xanıma teleqramma vuraraq yardım etmələrini xahiş etmişəm. Bir daha mətbuat vasitəsi ilə xüsusi olaraq Mehriban xanıma müraciət edir və kömək istəyirəm."
Xeberdar.net olaraq "Yusifoğlu" MMC ilə bağlı internet üzərindən kiçik bir araşdırma apardıq. Bəlli oldu ki, həmin ərazidə yeni binalar tikən şirkət tikinti apararkən müxtəlif qanunsuz əməllər yol verib və məcburi köçkünlərin ciddi nrahatçılığına və narazılıqlarına səbəb olub,yaşıllıqların məhv edilməsinə yol verib.
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
29 mart 2019-cu il tarixdə, feybukda "Açıq Azərbaycan" səhifəsi yazır: "Bura Bakı şəhəri Babək prospekti 85 ünvanıdır. "Yusifoğlu İnşaat" MMC burada yaşayış binaları tikir. Lövhədən göründüyü kimi, layihədə ölçüləri 37.6m x 18m bina nəzərdə tutulub. Maraqlıdır ki, layihədə bir bina nəzərdə tutulsa da MMC ikisini tikir. Ərazidəki yeganə park da gecə ilə dağıdılıb, ağacları kəsilib. Parkın içindən binalar üçün yol çəkirlər.
2017-ci ilin fevral ayının 17-də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Bakıda ən çox aldadan tikinti şirkətlərinin adlarını açıqlayıb. Marqlıdır ki, həmin siyahıda "Yusifoğlu" şirkətinin də adı qeyd olunur.
Ümidvarıq ki, aidiyyatı qurumlar məsələ ilə maraqlanacaq və həlli istiqamətində lazımi addımlar atılacaq.

Araşdırmamız davam edir.

Yazıda adı çəkilən şirkətin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net



"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA
"Yusifoğlu" MMC-nin növbəti fırıldaqları- Məcburi köçkünün obyektini əlindən almaq üçün qoçulardan istifadə edilir-İDDİA

XƏBƏR LENTİ