Müstəqil jurnalist xarici səfirliklərə etiraz məktubu ilə müraciət etdi - MÜRACİƏT

Müstəqil jurnalist xarici səfirliklərə etiraz məktubu ilə müraciət etdi - MÜRACİƏT

Xeberdar.net məlumat verir ki, müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli Azəraycanda akreditə ounmuş səfirliklərə etiraz məktubu ilə müraciət edib. Sosial şəbəkələrdə yayınlanmış məktubda xarici səfirliklərə müraciər edərək Cəmil Məmmədli yazır:
Hörmətli səfirlər və diplomatik nümayəndələr!

Nə qədər susqun və birmənalı mövqe sərgiləmədiyinizə baxmayaraq, siz də, sizin ölkəniz də, əla bilirsiniz ki, neçə illərdir ki, tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan dövləti ölkəmin torpaqlarını işğal edib.

Bu işğal nəticəsində Azərbaycan 250 000 Ermənistandan, 760 000 isə işğal olunmuş ərazilərdəki, öz dədə-baba yurdlarından qovularaq, bu günə qədər də, sözün əsl mənasında küçələrdə yaşayırlar.

Təcavüz nəticəsində 20 000 nəfər həlak olub, 50 000 nəfər isə əlillik qazanıb. Atəşkəs elan olunsa da, qarşı tərəfin sizə güvənərək pozduğu qaydaların nəticəsində, bu gün də, evimizdən şəhid əksik deyil.

Susursunuz!

Səbəbləri sizə də, bizə də gün kimi aydın olduğu üçün, sözü uzatmaq istəmirəm.

Bu gün bütün dünyada, böyük dövlətlərin kiçik dövlətləri istilası planlarının tərkib hissəsi olan bu pandemiya xofunun cövlan etdiyi bir vaxtda, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin bölmələri həmçinin iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.
Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.
Məlumatlara görə, 4 şəhid vermişik, yaralılarımız var.

Yenə də susursunuz!

Bu isə sizin ölkəmə qarşı münasibətinizin heç də səmimi olmadığı, əksinə hər bir məsələdə yalnız öz ölkənizin, öz dini və siyasi mənsubiyyətinizin təəssübkeşi olduğunuzun bariz nümunəsidir.

Heç bir müsəlman ölkəsi, heç bir xristian, yəhudi və ya başqa bir dinə mənsub qrupa, təbəqəyə, ölkəyə heç vaxt hücum etməyib. Əgər səhvən bizlərdən biri sizinkilərdən kiminsə ayağını tapdalasaq, bütün dünyanın gündəmində ancaq müsəlman qəddarlığından dəm vuran bəyanatlar yayırsınız, çıxışlar edirsiniz.

Halbuki, gözünüzün qarşısında, quruluşu və fəaliyyəti yalnız terrordan və terroru maliyyələşdirməkdən ibarət olan, bütün dünyanın terrorçu kimi tanıdığı şəxsləri, öz ölkəsində milli qəhrəman elan edərək, adına küçələr, abidələr quran Ermənistana, bütün bu elədiklərinə görə bircə dəfə səsinizi yüksəltmirsiniz!

Bütün bunların səbəbləri və nəticələri, adını terrorla mübarizə qoyaraq, yalnız müsəlman və təbii, milli sərvətlər ovladığınız dünyada, hər kəsə məlumdur.
Əgər belə deyilsə,heç olmasa bu dəfə susmayın!
Ermənistana heç olmasa bircə kəlmə, eyibdir sözünü deyin!

Əlbəttə ki, deməyəcəksiniz!

Bu məktubu da sizdən hansısa ədalət gözlədiyim üçün deyil, sadəcə vicdanımın qarşısında rahat olmağım üçün yazdım.
İllərdir ki, ermənilərin işğalına məruz qalaraq, evimizin içində başımıza gətirilən faciələri müşahidə edərək, susduğunuz üçün, hamınızı şiddətlə qınayıram.

Hər birinizə öz dilinizdə məktub yazmaq imkanım da var, ancaq bunu etməyəcəm. Çünki, sizin mənim dilimə, ölkəmə, millətimə, xalqıma olan münasibətiniz, belə ağır pandemiyalı günlərdə bir də gün kimi aydın oldu.

Bu məktubu tək mən yazmışam, ancaq Azərbaycanda məndən 10 milyondur.

Ya bu məsələyə qəti mövqe bildirin, ya da götürün öz dini, siyasi, sosial maraqlarınızı da, qarşımızdan çəkilin ki, özümüz öz torpaqlarımıza sahib çıxaq!

Ermənilərin tarixən kimliyi və xarakteri hamınıza məlumdur və tarix yenə də nə vaxtsa sizə sübut edəcək ki, böyük bir yanlışlıq içərisindəsiniz!

Sıravi vətəndaşam, ölkəmin ağır günündə susan, özünü görməməzliyə vuran bütün ölkələrin diplomatik nümayəndələrinə və xalqlarına, imkanım çatdıqca, qarşılıqlı cavab verməyə çalışacağam!

Çünki, siz yalnız belə münasibətə layiqsiniz!!!

Susun!!! Yenə də susun!!!

Ancaq belədirsə, özünüzə sərf edəndə, bizim daxili işlərimizə də burun soxmağa çalışmayın!
Cəmil Məmmədli
müstəqil araşdırmaçı jurnalist

Xeberdar.net

Müstəqil jurnalist xarici səfirliklərə etiraz məktubu ilə müraciət etdi - MÜRACİƏT

  • 14-07-2020, 10:41
  • 279


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI