ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı birgə müzakirə aparacaq – Brüsseldə birgə bəyanat verildi

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı birgə müzakirə aparacaq – Brüsseldə birgə bəyanat verildiABŞ və Avropa İttifaqının xarici işlər nazirləri deyiblər ki, onlar Moskvanın Ukrayna və Gürcüstana qarşı davam edən təcavüzü kimi çətin davranışlarına, habelə Rusiyada insan haqları və qanunun aliliyinə hörmətin tükənməsinə koordinasiyalı cavab verilməsi barədə razılığa gəliblər.

Martın 24-də Brüsseldə keçirilən danışıqlarlın ardınca verilmiş birgə bəyanatda ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bildiriblər ki, onlar Rusiyanın dezinformasiya kimi hibrid hədələrinə, onun seçki proseslərinə müdaxilələrinə, ziyanlı kiberfəaliyyətlərinə və hərbi təhdidlərinə koordinasiyalı şəkildə cavab vermək əzmindədirlər.

İki siyasətçi habelə Rusiyada müstəqil siyasi səslərin, vətəndaş cəmiyyətinin və media azadlığının sıxışdırlmasına da birgə reaksiya göstəriləcəyini deyiblər.

Blinken və Borrell habelə Çinlə ikitərəfli dialoqun bərpası barədə razılığa gəliblər və etiraf ediblər ki, Pekinlə münasibətlər əməkdaşlıq elementlərinin, yarışın və rəqbətin qarışığından ibarətdir.

Müzakirə edilən məsələlərin arasında İranın nüvə proqramı, Qərbi Balkan regionu boyunca islahatlar, iqlim böhranı və koronavirus pandemiyası da vardı.

Blinken Belçika paytaxtına NATO-nun burada keçirilən ikigünlük sammitində iştirak etmək üçün gəlmişdi. O prezident Co Baydenin tapşırığı ilə transatlantik bağların yenidən gücləndirilməsi missiyasını yerinə yetirirdi. Bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında xeyli zəifləmişdi. (azadliq.org)

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı birgə müzakirə aparacaq – Brüsseldə birgə bəyanat verildi

  • 25-03-2021, 10:20
  • 551


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI