Almaniya azərbaycanlı jurnalisti və ailəsini deportasiya edəcək - Dinini dəyişib, ölkəsinə iftira atsa da yaramadı

770 5-06-2021, 11:20 cemiyyet

Almaniya azərbaycanlı jurnalisti və ailəsini deportasiya edəcək - Dinini dəyişib, ölkəsinə iftira atsa da yaramadıAlmaniya azərbaycanlı jurnalist Abil Həsənov, xanımı və 3 övladını deportasiya edəcək.Buna səbəb A.Həsənovun sığınacaq istəyinin rədd edilməsi və ailəyə verilən möhlət hüququ ilə yaşamaq icazəsinin bitməsidir.

Həsənovlar ailəsi 2017-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Şols-Holte-Ştukenborq şəhərinə yerləşən ailənin sığınacaq istəyi 2020-ci ildə Minden inzibati məhkəməsi tərəfindən rədd edilib. Məhkəmə sığınacaq üçün təqdim edilən sübutların inandırıcı olmadığı qənaətinə gəlib. A.Həsənov ölkəsində təqib olunması ilə bağlı fikirlərini də məhkəmədə sübut edə bilməyib.

Onun sığınacaq almaq üçün saxta mılumatlar təqdim etdiyi ortaya çıxdıqda növbəti saxtakarlığa gedib.

Həsənovlar ailəsi bundan sonra yaşadıqları şəhərin kilsəsinə qəbul ediblər. Baptist icması Həsənovu və onun ailə üzvlərini öz sıralarına qəbul edib.

Dinini dəyişərək Həsənov özünün alman vəkili ilə birlikdə bəyan edib ki, indi heç bir halda onu geri deportasiya etmək olmaz. Çünki guya, Azərbaycanda “xristianlığı qəbul edənləri təqib edirlər”. Lakin bu yalana Almaniya hökuməti də inanmayıb və azərbaycanlı jurnalistə sığınacaq verməkdən imtina edib.

Xanımı ilə Şols-Holte-Ştukenborq şəhərindəki “Wittler” avtobus şirkətində süpürgəçi işləyən 53 yaşlı A.Həsənov və ailəsinə 22 iyul 2021-ci il tarixinə qədər verilən möhlət hüququ ilə yaşamaq icazəsi bitir. Həsənovlar ailəsi bu müddətə qədər ölkəni könüllü tərk etməsələr, miqrasiya idarəsi tərəfindən məcbur deportasiya ediləcəklər.

Məlumat üçün bildirək ki, iyulun sonuna kimi Almaniyadan azərbaycanlıların növbəti kütləvi deportasiyası gözlənilir.

XƏBƏR LENTİ