Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb

1 375 7-07-2021, 13:23 bolge / gundem

Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıbGöyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərinə görə xəstələr, sakinlər çox əziyyət çəkirlər. Xəstəxanada korrupsiya rüşvətin baş alıb getməsi bir yana xəstələrin dincliyi pozulub. Bu barədə məlumatı Xeberdar.net-ə Göyçaydan bir qrup sakin bildirib.

Məlumatda qeyd edilir ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb. Orada hər gün spirtli içkilər satılır, domino, nərdtaxta və kart qumarları oynayırlar. Gecə saat 2 və 3 kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, bu da onların müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda sözü tərs gələnlər hətta ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub. Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb. Xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji probleminin olmasını deyirlər.
Əlavə olaraq qeyd edilir ki, baş həkimin daima psixotrop dərmanlar qəbul etdiyi söylənilir. Bu isə inandırıcıdır çünki ağıllı insan belə bir səhvə yol verib xəstəxananın həyətində kafe-qumarxana açmaz.
Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın. Bu cür davam edərsə, onun barəsində tədbir görməsələr, bunu da edəcək.
Məlumatda bildirilir ki, Baş həkim Elçin Bilalovun qanunsuz əməlləri barədə Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazılıb və onun fəaliyyətinin yoxlanılması xahiş edilib. Şikayətçilər ümid edirlər ki, müraciətləri yerində araşdırlaraq və təcili tədbirlər görüləcək.
Sonda Şikayətçilər mətbuat vasitəsi ilə bir daha Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayaraq xahiş ediblər ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkim Elçin Bilalovun fəaliyyəti yoxlanılsın və onun barəsində tədbirlər görülsün.

Xeberdar.net olaraq yazıda adı çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb
Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb
Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb
Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb
Göyçayda baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb

XƏBƏR LENTİ