İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”

1 217 2-10-2021, 20:15 siyaset / dunya

İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”"Bu strategiyaya müasir döyüş meydanında yer yoxdur"

İran son 30 ildə ilk dəfə Naxçıvan sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Azərbaycana təhdid məqsədi daşıyan təlimlərə sentyabrın 29-da start verilib.

Azərbaycan, 44 günlük müharibədə qələbə qazandıqdan sonra İranın Ermənistan və separatçı rejimlə fəal ticarət apardığı Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən 21 kilometrlik hissəsini nəzarətə götürüb. Ötən ay ərzində bu yoldan yük daşıyan İran TIR-ları saxlanılıb, araşdırma aparılıb. Daha sonra orada Azərbaycanın gömrük və polis orqanlarının məntəqələri yerləşdirilib. Hazırda bu istiqamətdə İrandan yükdaşıma kəskin azalıb, hələ də davam edənlər isə Azərbaycana rüsum ödəyirlər.

Rəsmi Bakı sözügedən qanunsuz hərəkətlərlə bağlı İrana şifahi xəbərdarlıq edib, daha sonra diplomatik nota təqdim olunub, Bakıdakı səfir iki dəfə Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Amma İran müxtəlif səviyyələrdə Azərbaycana qarşı ittihamçı ritorikadan istifadə edib, sərhədlərdə hərbi manevrlərin keçirilməsi isə siyasi gərginliyi hərbi təhdid elementləri ilə zənginləşdirməkdir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində demişdi ki, İranın Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməsi təəccüb doğuran bir məsələdir. Prezidentin vurğulamasına görə, Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı...

İran XİN-nin sözçüsü Səid Xatibzadə isə hərbi təlimlərin ölkənin təhlükəsizlyinə xidmət etdiyini xatırlatmışdı: "Bu bir suverenlik məsələsidir və bütün bölgənin sülh və sabitliyi üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu kontekstdə milli təhlükəsizliyi üçün gərəkli bildiyi hər cür tədbirləri keçirəcəyi aşkardır”.

Hazırda İranın hərbi təlimləri davam edir. Maraqlıdır, uzun müddətdir Qərb və İsraillə qarşıdurma vəziyyətində olan, ağır sanksiyalar qoyulmuş qonşu ölkə bu təlimlərdə hansı texnikaları və döyüş strategiyasını nümayiş etdirir?

"Azadlıq" radiosunun Fars xidmətində bu barədə geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, “Xeybər fatehləri” təlimlərinə əslində daha tez başlanıb, Naxçıvanla sərhəd bölgələrə genişmiqyaslı döyüş birləşmələrinin və hərbi texnikanın cəmləşdirilməsinə sentyabrın 25-dən start verilib.


İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
Məqalədə deyilir: “Bundan əvvəl - sentyabrın 20-də Tehran bir neçə zirehli briqada və İnqilab Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinin 31-ci Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi”.

Məqalə müəllifinin fikrincə, bu, Azərbaycan tərəfinin yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi. “Xeybər fatehləri” manevrlərində iştirak edən zirehli texnikanın və artilleriyanın əsas hissələri Poldəşt şəhəri yaxınlığında yerləşdirilib. Bir sıra başqa texnikalar, habelə Maku şəhəri yaxınlığındakı Qaratəpə ərazisinə göndərilib. Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.

Qeyd olunur ki, İİKK quru qüvvələrinin 31-ci Aşura diviziyasının missiyası Azərbaycan Respublikasından Ərdəbil şəhəri və Şərqi Azərbaycan ostanına hər hansı mümkün təhlükənin qarşısının alınmasıdır.

Məqalədə daha sonra “Xeybər fatehləri” manevrlərində iştirak edən hərbi texnikadan, onun döyüş hazırlığı və hazırkı vəziyyətindən bəhs olunur. Bildirilir ki, hərbi təlimlərdə istifadə olunan zirehli texnika Qəzvindəki 116-cı, Zəncandakı 216-cı mexanikləşdirilmiş piyada briqadalarına və Həmədandakı 316-cı zirehli diviziyaya aiddir. Bu üç briqadadan başqa, təlimlərə habelə 25-ci xüsusi qüvvələr briqadasının bir neçə vahid texnikası göndərilib.

Müəllif qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnika kiçik modernləşdirmələrə baxmayaraq müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib. Bunlara misal olaraq sözügedən briqadaların silahlandığı "Chieftain" tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar. Britaniya istehsalı olan "Chieftain" tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi. Məsələn "Chieftain" tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi.

İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi "Chieftain" tanklarının daha müasir modifikasiyası olan "Shir-1” və "Shir-2" modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı. Sonradan İran-İraq müharibəsi zamanı T-72A tankları ilə döyüşlərdən zəif çıxan "Chieftain" tankları modernlərşdirilib və onların Azərbaycan silahlı qüvvələrində olan T-72 və T-90 tanklarına qarşı döyüş qabiliyyətinin artırılmasına çalışılıb.

Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanından qalma M-113 zirehli transportyorlarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı “Bayraktar TB-2” PUA-larının zərbələri qarşısında gücsüzdürlər.
İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
İranın sözügedən üç briqadası Rusiya istehsalı BMP-2 zirehli transportyorlarından da istifadə edir. Qeyd olunur ki, onlar sayca M-113-lərdən az olsalar da, İranın mexanikləşdirilmiş briqadaları daha çox məhz BMP-2-lərə güvənirlər. İranın mobil hücum briqadalarında "Toyota" mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib.

“Xeybər fatehləri” manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə "Kraz" yük maşınları ilə daşınıb. Artilleriya qurğuları əsasən 11-ci Marağa Artilleria Qrupuna məxsusdur. Burada istifadə olunan Amerika istehsalı M-109 və M-110 toplarının adları çəkilir. Müəllif qeyd edir ki, zirehli texnikadan fərqli olaraq İranın bu manevrlərdə istifadə etdiyi artilleriya Azərbaycan ordusu üzərində nisbi üstünlüyə malikdir.

İnternetdə dərc olunmuş bir neçə peyk fotosundan İran Silahlı Qüvvələrinin Rusiyanın "Şilka" antitəyyarə sistemlərindən istifadə etdiyini göstərir. Hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin "Şilka" sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub.
İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
"Şilka" sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur. "Şilka"nın radar sistemi hücum və intihar dronlarını tuta bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər.

Bundan başqa internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür. Həmçinin sentyabrın 27-də təlimlərə üç BH-1GG Cobra və Bell 214A Isfahan da daxil 12 helikopter qoşulub. Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasından Naxçıvanla sərhədin 28 kilometrliyinə gətirilib.

Məqalədə qeyd olunur ki, uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib. İran helikopter qüvvələrinin əsas çatışmazlıqlarından biri də kifayət qədər fərdi müdafiə vasitələrinin, məsələn, infraqırmızı raket azdırıcılarının, transmitterlərin və radar həyəcanının olmamasıdır. Bu avadanlıqlar olmadan helikopterlər düşmən tərəfindən asanlıqla vurula bilir.
İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
Məqalədə deyilir ki, müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir. Qeyd olunur ki, qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır.

Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı "Harop" və "Harpy" intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir.
İRAN HANSI SİLAHLARLA AZƏRBAYCANI TƏHDİD EDİR? – “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”
Məqalədə deyilir ki, “Xeybər fatehləri” təliminin ssenariləri belə döyüş strategiyasına müasir döyüş meydanında yer olmadığını göstərir. O da qeyd olunur ki, hücum və intihar dronlarından istifadə olunan müasir döyüşlərdə 1960-cı illərin taktikası ilə qalib gəlmək mürəkkəb məsələdir.

Müəllif qeyd edir ki, Azərbaycan və İran arasında münaqişə başlandığı təqdirdə əsas strateji rolu zirehli texnika və piyada qüvvələri yox, İnqilab Keşikçiləri Korpusunun qısamənzilli raketləri oynaya bilər: "Belə görünür ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi manevrlər Bakı və Tehran arasında son günlərdə baş verən bir sıra təbəddülatlarla bağlıdır"./"AzPolitika.info"

XƏBƏR LENTİ