Xətai polisindən narazılıq- Hadisə araşdırılmır

1 372 26-11-2021, 11:48 cemiyyet / gundem

Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
“KİA Seltos” markalı, 77 BX 607 dövlət nömrə nişanlı avtomobil oktyabrın 23 də Xətai rayon, Məhəmməd Hadi 130 ünvanda, “Neptun” marketin qarşısında dayanarkən naməlum şəxs tərəfindən cızılıb. Nəticədə avtomobilin sahibi İlkin Balayevə 700 manat ziyan dəyib. İş Xətai rayon 34 saylı polisinin icratındadır. Lakin bu günə qədər hadisəni törədənlər tapılmayıb. Bu barədə Xeberdar.net-ə İlkin Balayevin özü məlumat verib.
İ.Balayev bildirib ki, avtomobilin sahibi xəbər tutan kimi dərhal DİN-in “102” xidmətinə zəng edərək məlumatlandırıb. “102” xidməti hadisəni araşdırmaq üçü Xətai rayon 34 saylı polis bölməsinə yönəldib. Cənab Daxili İşlər naziri Vilayət Eyvazovun “102” xidmətinə olan vətəndaş müraciətlərinin yerində araşdırılması və izahatının alınması ilə bağlı göstərişinin olmasına baxmayaraq o, bölməyə çağırılıb və sadəcə izahatı alınıb. Hadisə yerində kameraların olmasına baxmayaraq hələ də baş vermiş hadisə ilə bağlı məlumat yoxdur. Hadisəni törədən bu günə qədər tapılmayıb. Bu onu göstərir ki, ya polis hadisəni ciddiyə alıb araşdırmayır, ya da bunun arxasında başqa məsələ dayanır.

P,S, Hadisənin kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq polisin işi baş vermiş hadisəni araşdırmaq və qanuni tədbir görməkdir. Ümid edirik ki, aidiyyəti qurumlar məsələnin həlini tapması üçün hərəkətə keçəcəklər.

XƏBƏR LENTİ