Azərbaycan nefti 5 faizdən çox bahalaşdı

1 327 22-12-2021, 11:29 iqtisadiyyat

Azərbaycan nefti 5 faizdən çox bahalaşdıAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,79 ABŞ dolları, yaxud 5,26 % artıb.



Xeberdar.net-in Modern.az-a istinadən məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,83 ABŞ dolları təşkil edib.



Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xeberdar.net

XƏBƏR LENTİ