Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq

Eks-prezidentin dəfni ilə bağlı I vitse-prezident Mehriban Əliyeva göstərişlər verib
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun dəfn olunacağı yer məlum olub. Sabiq dövlət başçısı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində (“Şəhriyar” adına mədəniyyət klubunda -red.) vida mərasimi keçiriləcək.
Artıq dəfn mərasiminə hazırlıq prosesi başlayıb. A.Mütəllibovun köməkçisi Qulu Həsənoğlunun sözlərinə görə, sabiq dövlət başçısının nəşi, Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə, “Heydər” məscidinə aparılıb:
“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi”.
Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, A. Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.


Mirzə li

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olunacaq

  • 28-03-2022, 11:46
  • 1 133


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI