Mirvarid Dilbazi saytı yaradıldı

1 458 22-04-2022, 19:51 cemiyyet / gundem

Mirvarid Dilbazi saytı yaradıldı
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 22 aprel 2022-ci ildə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin həyata keçirdiyi Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsi çərçivəsində "MİRVARİDDİLBAZİ.AZ" sayıtının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi ictimai birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə başa gələn sayt, bu gündən ()22.04.2022) oxucuların istifadəsinə verilmişdir.

Tədbirdə çıxış edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, professor Qüdrət İsaqov, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, əməkdar mədəniyyət işçisi Əli Məhərrəmov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədr-muavini Vüsal Əmirov, “Ulduz” İctimai Birliyinin sədri Samir Həsənov, şair-publisist Aqşin Ağkəmərli, “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, şair Pərvanə Zəngəzurlu, şair Südabə İrəvanlı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, şair Rafail Tağızadə, rəssam Qafar Sarıvəlli, şair-bəstəkar Aysel Kərim, QHT rəhbərləri, Mirvarid Dilbazinin yaxınları və başqaları çıxış edərək bildirdilər ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların istifadəsinə təqdim edilən mirvariddilbazi.az saytı Mirvarid Dilbazinin zəngin irsini daha dərindən öyrənilməsinə böyük şərait yaradacaqdır.
Mirvarid Dilbazi saytı yaradıldı
Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin Poeziya şöbəsinin sədri Südabə İrəvanlının təşkilatçılığı ilə məktəblilər.-
Xətai rayonu 55 sayli tam orta məktəbin 2 a sinif şagırdı Atilla Mehmandost,
Sabunçu rayon 74 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Gülnar Şabanova, Əsədli Sultan Məzahir qızı.
Xətai rayon Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin 9 A sinif şagirdləri Sultan Əsədli və
8 A sinif şagirdi Rafiz Məmmədovun ifasında Mirvarid Dilbazinin şeirləri səsləndrildi və İctimai Birlik tərəfindən “Təşəkkürnamə” ilə təltif edildilər
xeberdar.net

Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı
Mirvarid Dilbazi saytı yaradıldı

XƏBƏR LENTİ