Belarusda terror aktı törətməyə hazırlıq görənlər edam olunacaq

Belarusda terror aktı törətməyə hazırlıq görənlər edam olunacaqBelarus Prezidenti Aleksandr Lukaşenko terror aktı törətməyə görə ölüm hökmü çıxarılması ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

“Interfax” xəbər verir ki, məlumatı mayın 18-də Belarusun rəsmi mənbələri yayıb.

Bildirilib ki, dəyişikliklər beynəlxalq terror aktlarında, xüsusilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsinə qarşı terror aktları törətməkdə, mütəşəkkil dəstə tərəfindən və ya atom enerjisi qurğularından, radioaktiv maddələrdən, güclü təsir göstərən, zəhərli kimyəvi və ya bioloji maddələrdən istifadə etmək, yaxud insan öldürülməsi ilə bağlı terror aktları, dövlət və ya ictimai fəaliyyətlə əlaqədar törədilmiş dövlət və ya ictimai xadimlərin qətlinə şamil ediləcək.

Əvvəllər bu tip cinayətləri törətməyə hazırlaşanlar barəsində ölüm hökmünün çıxarılması mümkünsüz idi. Bundan sonra terror aktları hazırlığı görənlər də edam olunacaqlar. Cinayət Məcəlləsinə dəyişikliklər dərc olunandan on gündən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, ölmü hökümün bərpası Rusiyada da təklif olunub. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu təkliflə bir müddət əvvəl çıxış edib./“Report”

Belarusda terror aktı törətməyə hazırlıq görənlər edam olunacaq

  • 18-05-2022, 12:50
  • 371


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI