ABŞ-a qorxunc XƏBƏRDARLIQ: saat 18:20-də...

560 2-08-2022, 15:14 dunya

ABŞ-a qorxunc XƏBƏRDARLIQ: saat 18:20-də...Xəbər verdiyimiz kimi, Çin-Tayvan münaqişəsində gərginlik pik həddinə çatıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra regionda gərginlik artıb və Çin qırıcıları Tayvan boğazı üzərində uçuşlar həyata keçirməyə başlayıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Pelosinin təyyarəsinin Bakı vaxtı ilə saat 18:20-də Tayvana enməsi gözlənir.

Gərginliyin artdığı bir vaxtda Çindən ABŞ-a təhdid kimi bir xəbərdarlıq gəlib.

Döyüş təyyarələrini havaya qaldıran rəsmi Pekin Pelonsinin Tayvana səfərinin baş tutacağı təqdirdə bunun bədəlinin ABŞ üçün çox ağır olacağını açıqlayıb.

“ABŞ tərəfi məsuliyyəti öz üzərinə götürəcək və Çinin suveren təhlükəsizlik maraqlarına zərbə vurmağın bədəlini ödəyəcək” - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying bildirib.

XƏBƏR LENTİ