Azərbaycanda vəkil dövlət qurumunun binasında vəfat etdi

421 19-09-2022, 16:12 cemiyyet / hadise

Azərbaycanda vəkil dövlət qurumunun binasında vəfat etdiAzərbaycan Vəkillər Kollegiyasının üzvü Valeriy Vəliyev vəfat edib.

Hadisə sentyabrın 16-da Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində qeydə alınıb.

O, şöbədə olarkən qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü V.Vəliyev 13 il vəkillik fəaliyyəti ilə məşğul olub. O, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili idi.

XƏBƏR LENTİ