Pakistanda faciə: Səkkiz uşaq uçan damın altında qaldı

412 10-10-2022, 10:32 dunya

Pakistanda faciə: Səkkiz uşaq uçan damın altında qaldıPakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.
Hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə kərpic damın bərbad vəziyyətdə olması səbəb olub. Damın qəfil çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.

İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.

Xeberdar.net

XƏBƏR LENTİ