Paşinyan-Putin münasibətləri: KİM KİMİ OTARIR? - Bu gün həm də Ukrayna üçün DUA ETMƏLİYİK...

270 29-11-2022, 10:32 dunya

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən toplantısının yekun bəyannaməsinə imza atmadı. Deməli, ortada nəsə başqa məqam var. Mən hesab edirəm ki, bu, Brüssel görüşü ilə bağlıdır. Başqa sözlə, Rusiyanın vəziyyəti o qədər də yaxşı deyil və çoxları bu ölkənin gələcəyinə və gücünə inanmır. Artıq rəsmi İrəvan da Putinə hansısa ümumi bir sənədə imza atmayacağını açıq ifadə edir. Məncə, buna təsadüf kimi baxmağımız doğru olmazdı”.

Xeberdar.net bildirir ki, bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Əli Abbasovun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun bəyannaməsini imzalamaqdan imtina etdikdən az sonra bəlli olub ki, o, Azərbaycan tərəfi ilə danışıqlarda hansısa şərtlər irəli sürür:

“Paşinyan deyir ki, Fransa prezidenti Makron da müzakirələrdə iştirak etməlidir. Mən demirəm ki, Paşinyanın KTMT sənədinə imza atmaması ilə Makronun danışıqlarda iştirakını tələb etməsi arasında birbaşa əlaqə var, lakin bunu da zaman göstərəcək. Eyni zamanda Paşinyanın hansısa şərtlər irəli sürməsi öz yerində, düşünürəm ki, hansısa formatda görüş olacaq. Əlbəttə, görüşün baş tutması üçün tərəflərdən biri güzəştə getməli, xüsusi tələblərlə çıxış etməməlidir. Bu halda görüş və müzakirələr baş tuta bilər. Mən demirəm ki, görüş yüz faiz baş tutacaq. Sadəcə, problemin həlli danışıqlar olmadan mümkün deyil”.

Professor əmindir ki, indi çox şey Ukrayna savaşının nəticəsindən asılıdır. Məsələn, indi bəzi Qərb mərkəzləri çalışırlar ki, Ukraynanı Rusiya ilə danışıqlara getməyə razı salsınlar. Yəni Ukrayna güzəştlərə gedərək danışıqlara başlasın.

Ə. Abbasov əlavə edib ki, indi dünyada vəziyyət yaxşı deyil. “Problem ondadır ki, ermənilər son dövrlər çox aktuallaşıb. Ola bilsin ki, biz bunu görmürük. Amma ermənilər çox fəaldır. Odur ki, biz də əhatəli işlər görməli, baş vernləri düzgün analiz etməyi bacarmalıyıq”,- deyə Ə. Abbasov fikrini yekunlaşdırıb.

Xeberdar.net

XƏBƏR LENTİ