Suyun vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən Odessa çimərliklərində çimmək qadağan edilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Odessa şəhər şurasından məlumat verilib.
Məlumata görə, çimərliklərdə çimmək əhalinin sağlamlığına ciddi ziyan vura bilər.
Qərar Texnogen-Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar Komissiyasının iyunun 17-də keçirilən növbədənkənar iclasında qəbul edilib.