DİM namizədlərə müraciət edib

224 12-07-2023, 15:28 cemiyyet

DİM namizədlərə müraciət edibmtahana buraxılış vərəqəsini çap edə bilərlər

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə 2023-cü il iyulun 16-da keçiriləcək imtahanda iştirak edəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Xenberdar.net-in məlumatına görə bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, imtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

XƏBƏR LENTİ