ÜST-dən siqaretlə bağlı xəbərdarlıq

68 27-09-2023, 20:58 cemiyyet

ÜST-dən siqaretlə bağlı xəbərdarlıqÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb.
Xeberdar.net-in məlumatına görə, ÜST xəbərdarlığında gənclərin hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biri olduğunu bildirib.

“Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir”, - ÜST-ün xəbərdarlığında qeyd olunub.

XƏBƏR LENTİ