Binəli Yıldırım Bakıya gəlir

773 13-03-2018, 17:30 gundem

Binəli Yıldırım Bakıya gəlir
Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçiriəcək.

Baş naziri Bakıya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ